31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Kosmosda iki dövləti təmsil etdi - Uçuş başa çatdı
Türkiyəli astronavt Tuva Cihangir Atasever ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçur.
“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları olan forma geyinəcək.
Məlumat üçün deyək ki, onun anası azərbaycanlıdır.
Təxminən bir saat yarım davam edəcək uçuşda 13 müxtəlif elmi təcrübənin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb.
Daha əvvəl isə astronavt Alper Gezeravcı bu uğurlu işin öhdəsindən gəlib.
***
Türkiyəli astronavt Tuva Cihangir Ataseverin ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçuşu gerçəkləşib.
***
Aralarında Türkiyənin ikinci astronavtı Ataseverin də olduğu “VSS Unity” suborbital missiyası ABŞ yerli vaxtla saat 09:40-da yerə eniş edib.
Nyu-Meksikodakı Kosmos obyektindən daşıyıcı təyyarə ilə havaya qalxan “VSS Unity” suborbital vasitəsinin səyahəti 1 saat 10 dəqiqə çəkib..
Daşıyıcı təyyarə ilə təxminən 45 min fut yüksəkliyə çatdıqdan sonra hibrid yanacaq raket mühərrikini işə salaraq təxminən 90 kilometr yüksəkliyə çatıb.
Daha sonra isə yenidən yerə dönüb.


























































