“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
DOĞRULDANDA HƏKİM ANDIN...
Hər kəs mənimlə razılaşar ki, sağlamlığın qədrini xəstələnəndə bilirik. “Başına gələn başmaqçı olar” misalı var...Neçə deyərlər, necə illər idi ki, öd daşları mənimlə yoldaş idi. Son vaxtlar isə bu arzuolunmaz “yoldaş” məni yaman narahat etdi... Dostlardan biri Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində əməliyyat olmağımı məsləhət gördü. Övladımla getdik. Vüsal adlı həkim bizi qəbul etdi. Öd kisəmdə daş olduğunu bildirdim. Cox mehribanlıqla tibb bacısına göstəriş verdi ki, bütün müayinələrdən keçməyimə kömək etsin. Analizləri verdim. Övladım tibb bacısına istədi nəsə hörmət etsin, olmaz dedi xanım, sığorta hesablıdı, burda pul yoxdu... Hər kəs bilir ki, belə müayinə, analizlərərdən ötrü nə qədər vəsait lazım gəlir. Amma hec bir manat da olmadı. Səhəri gün bizi qəbul edən həkim Sədrəyev Vüsal məni əməliyyat etdi. Xəstəxanada müayinə, müalicə, səliqə-sahman cox yüksək səviyyədə idi. Deyim ki, burda xəstələrə hec bir dava-dərman almağa ehtiyac qalmır. Xəstəyə nə lazımdırsa xəstəxana tərəfindən edilir. Xəstəxananın texniki işçi heyətindən tutmuş ibbi personala kimi xəstələrə qarşı qayğıkeş və xoş münasibət göstərir.
...Vüsal həkim saat 11-də paltarları gəzib xəstələrin vəziyyətini yoxlayırdı. Mənim xəbərim olmadan tibb bacısı zəng edib ki, müəllimin təzyiqi ciddi narahatredicidir Vüsal həkim tez bir vaxta dərman alıb, özü qəbul etdirdi. Mən şəxsən bu xidməti hərbidə - Petrazavod şəhərində əməliyyat olanda, bir də Moskvada görmüşdüm. Mənim kimi sadə vətəndaşlara göstərilən bu tibbi xidmət üçün üçün ölkəmizin Prezdentinə, Təbib təşkilatına, Sığorta xidmətinə, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin rəhbərliyinə və mənim sağlamlığmı bərpa edən, əməliyyatı yüksək səviyyədə edən Vüsal həkimə, tibb bacısı Ruqiyyə Əliyevaya və əməliyyatda iştirak edən diğər həkim, tibb işçilərinə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Uzun illər birlikdə çalışdığımız dəyərli media mənsubu – səriştəli redaktor, sədaqətli dost, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyiİdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, ictimai xadim, tanınmış şair-publisist Tapdıq Əlibəyli işinin peşəkarı, şəfalı əllərilə neçə-neçə xəstənin nicat tapdığı belə həkimlərə ünvanlı olan bir şeirində yazır:
Kəlməsiylə qatan da var
Acı həbə balın dadın.
Neçə xəstə şəfa tapar
Doğruldanda həkim andın.
Bir mayakdır ümidlərə,
İşığında nicat yeri.
Çarə qılır neçə dərdə,
And içdiyi vaxtdan bəri.
Üz tutulan ünvan, yoldu...
Naxışlanıb əməliylə.
Neçə ömrə həyan oldu
Nur timsallı əlləriylə.
Məni uzun müddət idi ki, əziyyət çəkdiyim öd daşılarından azad edən hörmətli həkimin bioqrafiyasından bəzi məqamları da qeyd etməyi məqsədəuyğun hesab edirəm: Sədrayev Vüsal Vahab oğlu 1985 ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2002 ci ildə Rəhilə Orucova adına 109 saylı orta məktəbi bitirmiş, 2002-2008 ci illər ərzində müailəcə işi fakultəsində ali tibbi təhsil almışdır. 2008-2009 cu illərdə Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmiş, 2009-2011-ci illərdə Azərbaycan Respublikası Silahlı qüvvələrinin “N” saylı hərbi hissəsində Tibb xidməti leytenantı olaraq məntəqə rəisi vəzifəsində xidmət etmişdir. 2012-2013-cü illərdə Zərdab rayon mərkəzi xəstəxanasında həkim ümumi cərrah, 2013-2014-cü illərdə Şamaxı Müalicə Diaqnostika mərkəzində həkim ümumi cərrah, 2014-2021 ci illərdə Şamaxı Müalicə Diaqnostika mərkəzində cərrahiyyə şöbə müdiri işləmişdir. 2021 ci ildən Ə. D Məlikov adına Binəqədi Tibb Mərkəzində həkim ümumi cərrah vəzifəsində fəaliyyət göstərir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında cərrah kimi xidmət etmişdir. Müxtəlif beynəlxalq elmi konfransların iştirakçısıvə bir neçə elmi məqalənin həmmüəllifidir.
Minnətdarlıq hissi, məramı ilə qələmə aldığm bu yazını qədim Yunan həkimi, filosofu, tibbi etik prinsiplərini banisi, tarixdə “tibbin atası” kimi yadda qalan Hippokratın bir fikri ilə tamamlamaq istərdim. “Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir”.
AĞASƏF AZAD oğlu MUSTAFAYEV,
Şamaxı rayonu























































