Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

03 Haz 18:41Manşet / Gündəm

Daxili İşlər Nazirliyinin Saatlı RPŞ-nin təşkilatçılığı ilə “narkomaniyaya yox deyək” mövzusunda keçirilmiş nümunəvi tədbir

 

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Saatlı RPŞ-nin təşkilatçılığı ilə rayonun Qıraqlı və Soltanabad kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda tələbələrlə cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratması barədə maarifləndirici tədbir təşkil edilmişdir. Təşkil edilmiş tədbirdə RPŞ-nin rəisi polis polkovniki Hikmət Vəliyev və digər iştirakçılar narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olması barədə geniş məlumat verilmişdir. RPŞ-bib rəisi polis polkovniki Hikmət Vəliyev məhz bunlara görə əbədiyaşar ümummilli liderimiz Heydər Əliyevin bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmısanı tələbələrin nəzərinə çatdırmışdır. Hikmət Vəliyev bildirmişdir ki, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə yaradılan və əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələdirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası antinarkotik təbliğata xüsusi önəm verib, həmçinin maarifləndirmə işinin əhatəsi hazırda genişləndirilib .O, hazırda ölkəmizdə narkotizmlə mübarizə və onun qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində hüquq mühafizə orqanıarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində qanunsuz əməllə məşğul olan şəxslərin  ifşa olunaraq məsuliyyətə cəlb olunmalarını bildirmilşdir.


İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qətiyyətli mübarizənin təmin edilməsi uğurla icra olunmaqdadır.


 Görüş zamanı polis polkovniki Hikmət Vəliyev Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə fərqlənərək ikinci yerin sahibi olan Soltanabad kənd məktəbinin 10-cu sinif şagirdi Aysel Səfərovanı naliyyəti ilə təbrik edərək hər zaman mütaliə etməsini,elmin yeniliklərini daim izləməsini və gələcəkdə ali təhsil pilləsinə yiyələnməsini ona və onun timsalında digər tələbələr arzu edərək hədiyyələr təqdim etmişdir.


 

Nəbizadə Könül Faxrəddin qızı