Xəbər Lenti
Bugün, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Tatarıstanın 2 aeroportunda uçuşlar dayandırıldı - PUA təhlükəsi - Yenilənib
Tatarıstanda pilotsuz uçuş aparatı (PUA) təhlükəsi ilə bağlı Kazan və Nijnekamsk hava limanlarında uçuşlar dayandırılıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hazırda Kazanda hava hücumu təhlükəsi ilə bağlı siren səsləri eşidilir.
Buna səbəb Tatarıstan səmasında PUA görünməsi olub.
Bununla yanaşı, respublikada bir neçə müəssisədə işçilərin təxliyəsi də həyata keçirilir.
Rusiyanın teleqram kanallarında sözügedən PUA-nın Ukraynaya məxsus olduğu barədə məlumat və dronun görüntüləri yayılıb.
***
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gün səhər saatlarında ölkənin hava hücumundan müdafiə vasitələri Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus təyyarə tipli PUA zərərsizləşdirib.























































