Menu
Xəbər Lenti
Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

30 May 2024 09:22Manşet / Siyasət

İranda prezident seçkiləri ilə bağlı kampaniya başladı

 

Bu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, proses 5 gün davam edəcək. 

Bu dövr ərzində yaşı 40-dan 75-ə qədər olan, minimum magistr dərəcəsinə malik şəxslər potensial namizəd olaraq qeydiyyata düşə bilər. Yekun olaraq bütün namizədlər 12 üzvdən ibarət Konstitusiyanın Müdafiəsi Şurası tərəfindən təsdiq edilməlidirlər. 

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzası nəticəsində həlak olub. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.