Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Aygün Kazımova “Kontakt” mağazasının açılışında çıxış edəcək - Tarix açıqlandı
Azərbaycanın sevilən ulduzu Aygün Kazımova Bakıxanovun ən böyük mebel və elektronika mağazasının möhtəşəm açılış mərasiminə xüsusi qonaq olaraq qatılır! Şəhərin ən təntənəli tədbirlərindən birinə ev sahibliyi edəcək “Kontakt” mağazalar şəbəkəsi rəsmi açılışa gün sayır.
Ötən aylarda xəbər verdiyimiz kimi, “Kontakt” Bakıxanovun ən böyük elektronika və mebel mağazasını təqdim etməyə hazırlaşır. Bu böyük mağaza nəinki geniş istifadə imkanları, bol məhsul çeşidi, unikal dizaynı ilə, həm də xüsusi açılış proqramı ilə yadda qalan olacaq. Bu tədbiri unudulmaz edəcək məqam isə şöhrəti ölkə sərhədlərini aşan, Azərbaycanın Xalq artisti Aygün Kazımovanın iştirakı olacaq!
Əyləncə və musiqinin hökm sürəcəyi bu tədbir iyunun 8-i saat 16:00-da baş tutacaq. Mağazanın fəaliyyətə başlaması münasibətilə ənənəvi olaraq keçirilən hədiyyəli müsabiqələr gününüzü daha da rəngarəng edəcək.
Bakıxanovda dəmiryol stansiyasına 150 metr piyada məsafəsində, Bakıxanov Mall-un düz yanında yerləşən “Kontakt” mağazasında gerçəkləşəcək bu əfsanəvi açılış, həm alış-veriş həvəskarlarını, həm də Aygün Kazımova pərəstişkarlarını bir araya gətirəcək. Odur ki, şəbəkə hər kəsi bu unudulmaz gecənin bir parçası olmağa dəvət edir!
Daha ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.























































