Menu
Xəbər Lenti
Baş nazir parlamentdə
Bugün, 08:13

Baş nazir parlamentdə

COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

COP-29
20-11-2024, 16:08

COP-29

18 May 12:07Manşet / Cəmiyyət

Azərbaycanda səkkiz vəkil cəzalandırılıb

 

Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından daxil olan müraciətlərə, xarici dövlətlərin Vəkillər kollegiyalarına üzv olmaq istəyən hüquqşünaslara onların ölkəmizdə vəkilliyə qəbul olunmaları üçün tələblərə cavab vermələri barədə arayışlara rüsumun tətbiq edilməsi məsələsinə baxılaraq müsbət qərarlar çıxarılıb.

Sonra iclasda ARVK-nın cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsi üzrə səlahiyyətli məsul şəxsinin müəyyən edilməsi qərara alınıb.

Həmçinin, dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan Cahangir Rəhimovun fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

Bundan başqa, vəkilin barəsində hüquq-mühafizə orqanlarından birindən daxil olan təqdimata, o cümlədən bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi, maddi yardımın olunması, habelə vəkillik fəaliyyəti dayandırılan vəkilin müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə iki vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, dörd vəkilə töhmət verilməsi, bir vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, bir vəkilə isə xəbərdarlıq olunub.

Sonda kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.