Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açıldı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov - Heydər Əliyev İrsinə və İlham Əliyevin Siyasətinə Sadiqlik
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov: "DÖVLƏTƏ SƏDAQƏT ANDI"
NAXÇIVANDA CİP MARKALI AVTOMOBİLLƏ MƏKTƏBLİ QIZI VURUB QAÇAN SÜRÜCÜNÜN ARXASLNDA KİMLƏR DURUR? - HƏLƏ DƏ TAPILMIR
İranla Rusiya arasındakı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün təhlükəsi varmı? (ŞƏRH)
"Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi Aqibət Məmmədov: Dövlət və Dövlətçiliyə Sadiq Şəxsiyyət
Dəyərli vəzifənin ən layiqli rəhbəri -Əli Qurbanov
Son günlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbəri çox hörmətli Rövşən Nəcəfin vaxtında və yerində verilmiş əmri respublikamızda bütün neft sənayesi işçilərinin sevincinə səbəb oldu. Bəli söhbət Azneft İB-nə yeni Baş Direktorun təyinatı ilə bağlıdır. Nəinki Azərbaycanda,həm keçmiş Sovetlər məkanında,həm də ölkənin hüdudlarından kənarda hər zaman öz reytinqi-nüfuzu-reputasiyası və iqt isadi-siyası təsir dairəsi ilə məşhur olan bu dövlət qurumu Respublikamızın neft sənayesinin özəyini təşkil edən ənböyükistehsalatbirliylərindənbiridir. Əgər Azneft İB-nin tarixinə qısa ekskursiya etsək görərik ki,hansı məhşur neftçilər bu quruma rəhbərlik etmişlər.Onların hər biri Azərbaycanda neft sənayesinin inkişafında,neft və qaz yataqlarının işlənməsi,hasilatın artırılmasında,səmərələşdirici təkliflərin verilməsi istiqamətində müsbət addımlar ataraq böyük uğurlara imza atmışlar. Əsl mütəxəssis,bacarıqlı neftçi,qabiliyyətli rəhbər,neft hasilatının sirrlərinə,dərin elmi-praktiki biliklərinə mükəmməl yiyələnən neft ustası Əli Qurbanovun bu vəzifəyə təyinat alması ən düzgün və zamanında verilmiş təyinatdır. Ümidvarıq ki,Əli müəllim də öz növbəsində ona etibar və həvalə edilmiş ən ali dövlət vəzifəsini layiqincə yerinə yetirəcək,icra edəcək.Əli Qurbanov şəxsiyyətinin keçdiyi həyat yolu,neft sənayesindəki zəngin təcrübəsi,bilik və bacarığı,düzgün idarəetmə metodu bunu deməyə əsas verir ki,o bu işininində öhdəsindən layiqincə gələrək ona göstərilmiş yüksək etimadı öz əməli işi ilə subut edəcək. Əli müəllim nəinki istehsalatda həmdə ictimai həyatda da hər vaxt fəal olmuşdur. O hər zaman Dövlətə-Dövlətçiliyə,Xalqa-Millətə,Neft Sənayesinin inkişafına canla-başla,vicdanla xidmət edərək əsl ziyalı rəhbər nümunəsi göstərmişdir. Əli müəllim həmçinin Ulu Öndərin ideyalarına,onun siyasi kursuna, ideoloji xəttə sədaqətlə-fəxarətlə xidmət edərək başqalarına hər zaman örnək olmuşdur. Şükürlər olsun ki,bu tendesiya bu gündə uğurla davam edir. Neft sənayesindəki xidmətlərinə,ugurlarına görə bir neçə fəxri adlarla,orden və medallarla təltif olunmuşdur.
Əli Qurban oğlu Qurbanovun qısa tərcümeyi-halını oxuculara təqdim edirik:
Qurbanov Əli Qurban oğlu 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlamış və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1998-ci ildən başlayaraq BP şirkətində fəaliyyətini davam etdirmiş, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə işləmişdir. 2011-ci ildən başlayaraq ARDNŞ-in baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərmişdir. Əli Qurbanov 2017-ci ildən etibarən “Umid Babək Əmliyyat Şirkətinin” Azərbaycan Respublikasındakı filialının direktorudur.