Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə neftçilərə diqqət və qayğı
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
Fəaliyyəti ilə nümunə göstərilən rəhbər – 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov
Zəhmətkeş və məsuliyyətli rəhbər – Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
Dünya və Avropa Cempiyonu Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hakimlər Kollegiyasının sədri Güloglan Cabbarlı
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Tarix yaradan şəxsiyyət
"Orbita” MTK-nın rəhbəri Famil Bağıyev: Müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi.
Cəmiyyətin fəal zümrəsi olan gənclərin müxtəlif vasitələrlə bu siyasi oyunlara, qanunsuz silahlı qruplaşmalara cəlb edilməsi, məkrli tədbirlərin həyata keçirilməsində “siyasi alət” kimi istifadə olunması meyilləri xüsusən narahatlıq doğururdu. Ayrı-ayrı siyasi partiyaların qanunsuz silahlı birləşmələrə malik olmaqla dövlətin o zamankı rəhbərliyinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdı.
Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağda döyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azad edilərək silahlandırılmışdı. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı.
Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı.
Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan verdi.
Bu gün Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq.
Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.
Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!
Müstəqil Azərbaycanın qurucusu, memarı, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev hər zaman qəlbimizdə yaşayacaq!























































