Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”
“Böyük və güclü olan ölkələr çox vaxt ədalətli olmurlar. Amma ədalətli olmaq istəyəndə də böyük və güclü olmursunuz. Bu, beynəlxalq siyasətdə tez-tez görünür”.
Bu sözləri Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibəsi zamanı bildirib.
“Fransa ilə əlaqələrinizdəki bu gərginliyi görürəm. Sizin ölkənin - Azərbaycanın daxili işlərinə qarışmadığım kimi, Fransanın da daxili işlərinə qarışmıram. Yəni, bu, ölkələrin daxili işləridir. Amma Slovakiyanın da daxili işlərinə qarışılarsa, o zaman danışa bilərəm. Məsələn, cənab Makron ölkəmizdə populyar siyasətçi sayılmır və bu prinsipdir ki, mən niyə ondan danışım? Amma Fransa Prezidenti Avropa əsgərlərinin müharibədə iştirakı barədə fikirlərini açıq şəkildə söylədi və mən bunu dərhal, tamamilə rədd etdim. Çünki bu, üçüncü dünya müharibəsinin başlaması olardı. Qaldırdığınız məsələdə, bəlkə də, bir az səbir lazımdır. Avropa İttifaqında Azərbaycanla baş verənlərlə bağlı çox ölkənin obyektiv yanaşması lazımdır. Ukrayna ilə bağlı da dedim, ərazi bütövlüyü qorunmalıdır. Sizin də ərazi bütövlüyünüzün qorunması lazımdır. Bu, sizin torpaqlarınızdır. Əgər Avropa İttifaqında 3-4 ölkə eyni mövqedən çıxış etsəydi, gərginlik bəlkə də bu səviyyədə olmazdı. Onlar ərazicə balaca ölkənin özünə güvənərək hərəkət etməsini sevmirlər. Bu cür ölkə olmağınızla fəxr etməlisiniz”, - deyə baş nazir vurğulayıb.





















































