Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Kontakt”ın Nərimanovda yeni ünvanda nəhəng mağazası açıldı - 60%-dək endirimlər
Ölkənin sevimli şəbəkəsi olan “Kontakt”ın Nərimanov ərazisində nəhəng və unikal mağazasının açılışı baş tutub. Çoxdandır gözlənən açılışda ziyarətçilər müğənni Hissin musiqili çıxışı və şou-proqram sayəsində doyunca əylənib, həm də, hədiyyəli müsabiqələrdən əlidolu ayrılıblar.
Əvvəlki “Nərimanov” mağazasından üç dəfə böyük, tam 3000 kvadratmetr sahəyə malik bu mağazanın birinci mərtəbəsində rəqəmsal, böyük və kiçik məişət texnikası, qab-qacaqlara; aşağı mərtəbəsində isə mebel, ev tekstilinə aid 30 000-dən çox məhsul çeşidi var.
Bütün bunlarla yanaşı, burada “Philips” brendinin “Kofe Zonası”na yaxınlaşaraq alış-verişinizi bir fincan qəhvə ilə daha dadlı edə bilərsiniz. Bu əsnada isə, şirin balalarınızın əyləncəli zaman keçirməsi üçün “Uşaq Zonası”nda hər cür şərait mövcuddur. Üstəlik, Pulsuz “WiFi” xidmətindən istifadə edərək növbə gözləmək prosesinizi daha səmərəli etmək imkanınız da var.
AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR, 24 AYADƏK HİSSƏLİ ALIŞ İMKANI
İndi isə, hər kəsin xüsusi diqqətini çəkən fürsətlərdən danışaq. Belə ki, şəbəkə mağazanın açılışına özəl olaraq ən sərfəli şərtlər ilə alış-veriş imkanı yaradıb. Böyükdən kiçiyə bütün növ məhsullara nağd alışda 60%-dək endirim fürsəti istisnasız hər kəsi sevindirib.
Açılış kampaniyası çərçivəsində hissəli alış şərtlərindən yararlanmaq istəyən müştərilərin də könlü şad olub. Çünki həmin alıcılar smartfon, notbuk, smart saat, qulaqlıqları 18 ay olmaqla, televizor, məişət texnikaları, qab-qacaq, ev tekstili və mebelləri isə düz 24 ay faizsiz, komissiyasız, ən əsası isə ilkin ödənişsiz şərtlərlə əldə etmək imkanını yerindəcə dəyərləndiriblər.
Aprelin 21-dək davam edən endirim günlərində:
- 9 günədək işləmə müddəti olan, Amoled ekranlı “Kieslect” smart saatını indi 270 yox, 130 manata;
- 6 kq-lıq “Hoffmann” paltaryuyanını pulsuz çatdırılma və quraşdırılma ilə 540 yox, 350 manata;
- 2000 Vt gücə malik və keramik altlıqlı “Philips” ütüsü 100 manat yox, 40 manata;
- 256 Gb-lıq “Xiaomi Redmi Note 13” hissəli alışda ayda 22 manata;
- Baza və yataq mexanizmli Sədəf divanını isə ayda sadəcə 25 manata almaq mümkündür.
Beləliklə, bütün bu təklifləri və daha çoxunu öz gözlərinizlə görmək üçün böyük açılış fürsətləri bitmədən Nərimanovda Metropark t/m ilə üzbəüz yerləşən yeni və nəhəng “Kontakt” mağazasına mümkün qədər tez gəlməyiniz məsləhətdir!






















































