“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Bəzi ərazilərdə şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
Aprelin 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə 25 mm, Oğuzda 23 mm, Gədəbəydə 16 mm, Gəncədə 10 mm, Qəbələ, Qrız, Şəmkir, Daşkəsən, Şahdağ, Göygöl, Ağdam, Zaqatala, Balakən, Lerik, Quba, Qax, Naxçıvan, Ordubad, Naftalan, Qusar, Xaltan, Tərtər, Yevlaxda 8 mm-dək olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu İqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 20-23 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.























































