“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Şahdağda qarın hündürlüyü 43 sm-ə çatıb - FAKTİKİ HAVA
Martın 21-də saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 23 sm, Ordubadda 3 sm, Gədəbəydə 2 sm olub.
Düşən yağıntının miqdarı Oğuz, Qəbələdə 7 mm, Qobustan, Şəki, Ordubadda 4 mm, Balakən, Zaqatala, İsmayıllı, Qusar, Göyçay, Gədəbəy, Şahdağ, Neftçala, Cəfərxan, Ceyrançöldə 3 mm, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Quba, Şamaxıda 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qrız, Tərtər, Lerik, Lənkəran, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü üç metrə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Tərtər, Bərdə, Göyçay, Beyləqan, Şahdağ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 7, Aran rayonlarında 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.























































