“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
İyulun 26-sı saat 9:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı: Şahdağda 42 mm, Qəbələdə 27 mm, İsmayıllıda 26 mm, Qrızda 25 mm, Oğuzda 16 mm, Göyçay, Gədəbəydə 14 mm, Ordubadda 13 mm, Quba, Tərtərdə 12 mm, Şəkidə 11 mm, Göygöldə 10 mm, Zərdabda 8 mm, Mingəçevir, Daşkəsən, Qusar, İmişli, Gəncə, Ağdam, Yevlax, Naftalan, Şərur, Balakən, Ağsu, Culfa, Sədərək, Şahbuz, Şəmkir, Naxçıvan, Kürdəmir, Sabirabad, Biləsuvar, Qax, Yardımlıda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
İyulun 25-də şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Naftalanda 27 m/s, Göygöldə 20 m/s, Göyçayda 18 m/s, Biləsuvarda 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,3 metrə çatıb.
Yağan leysan yağış nəticəsində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib.
Naftalan, Şəmkir, Balakən, Sarıbaş, Qrız, Şahdağ, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu iyulun 25-də Bakıda və Abşeron yarımadasında 28-30, Naxçıvan MR-də 39 dərəcəyədək, aran rayonlarında 32-34, dağlıq rayonlarda 21-24 dərəcə isti olub.























































