TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Qarabağlı Novruz bayramı! - özəl təbrik
Novruz bayramı ölkəmizdə geniş miqyasda qeyd olunan, uşaqdan böyüyə hər kəsin sevimli bahar bayramıdır. 23 fevral 2010-cu ildən BMT 21 Mart gününü "Beynəlxalq Novruz Günü" kimi elan edib. Novruz sadəcə bayram deyil, mənsub olduğu xalqların adət-ənənələrinin sevərək yaşatdığı, icra etdiyi ənənəvi bayramdır. Novruz bayramına qədər dörd çərşənbə qeyd olunur ki, bunlar su, yel, od və torpaq çərşənbələridir. Bu çərşənbələr evlərdə tək-tək qeyd edilər, adət-ənənələri yaşadılar. Novruz təmizlik, yenilik, barışıq, bərəkət simvoludur. Su çərşənbəsi aydınlığın, yel çərşənbəsi mübarizənin, od çərşənbəsi isinmənin və torpaq çərşənbəsi isə bərəkətin simvoludur. Novruzda etibarən kəndlərdə kütləvi əkin işləri başlayır, ilin bərəkət ayının təməli qoyulur. Evlər, həyətlər, bağlar səliqəyə salınır, qadınlar dadlı şirniyyatlar, yeməklər bişirir, süfrələr bəzənir, tonqallar qalanır. Bu isə yeni ilin, yeni mövsümün, yeni həyatın başlanğıcı deməkdir. 30 il xalq olaraq bu bayramı işğal altında olan tarixi torpaqlarımızda qeyd edə bilmirdik. Bu bir ağrı idi qəlblərimizdə. Ancaq dörd il öncə şərəfli Azərbaycan Ordusu bizim arzumuzu çin etdi. Artıq Qarabağda son üç ildə abadlıq, quruculuq işləri aparılır, hissə-hissə məcburi köçkünlər və qaçqınlar öz yurdlarına köçürülür. Novruz Bayramı da ötən bu üç ildə orda qeyd olunur, səməni cücərdilir, tonqallar qalanır, bayram şənlikləri keçirilir. Biz bununla fəxr edirik, qürur duyuruq ki, belə bir bayramımız, belə bir yurdumuz var.
Odur ki, bu dərin fəlsəfi hikməti və fərqli gözəllikləri özündə birləşdirən Novruz bayramı münasibəti ilə ATATV.AZ xəbər portalının, İctimai Xəbər Agentliyinin təsisçisi və baş direktoru Rasafil Bayramov başda olmaqla bütün kollektivi Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, bahar təravətli və bol ruzi bərəkətli il, xoş günlər, firəvan həyat arzu edir. Tezliklə ölkədə bütün sahələrdə ciddi irəliləyiş və böyük nailiyyətlər əldə olunsun. Qarabağda abadlıq-quruculuq işləri uğurla başa çatsın, bütün məcburi köçkün və qaçqınlar öz doğma yurdlarına qayıdıb Novruzu yurdlarında qeyd etsinlər. Xalqımızın bütün qayğı və çətinlikləri geridə qalsın, yeni il yeni sosial - iqtisadi rifahla xalqın güzəranını böyük toxunuş etsin. Gənclik və gələcək nəsil xoşbəxt böyüsün, sağlam cəmiyyət formalaşsın. Bütöv və demokratik Azərbaycan inamla gələcəyə doğru addımlasın!
Rasafil Bayramov
İctimai Xəbər Agentliyinin, ATATV. AZ xəbər portalının təsisçisi və baş direktoru



























































