Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İlham Əliyev Rusiya prezidentinə məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Rusiya Federasiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkidə inamlı qələbəniz dövlətçiliyin möhkəmləndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönəlmiş kursa rusiyalıların yüksək inamından və fəal dəstəyindən xəbər verir.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər sabit inkişafı ilə seçilir. Sevindirici haldır ki, bu gün xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan bu əlaqələr müttəfiqlik münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla genişlənir və möhkəmlənir, onlara yeni məzmun əlavə olunur.
Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Rusiya hərtərəfli tərəfdaşlığının dərinləşməsinə, ikitərəfli gündəlikdə duran cari vəzifələrin həyata keçirilməsinə, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə bütün sahələrdə səmərəli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Rusiyanın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.























































