Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
İlham Əliyev Roma Papasını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşma ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət edir.
Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü ifadə edirəm.
Əminəm ki, Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin bərqərar edilməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm”.























































