Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı
Erməni vandallarının 32 il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımza qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.
Azərbaycan xalqı tarix boyu yadellilərin işğalına məruz qalmış, doğma torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Vətənimizin hər bir qarış torpağının düşmən tərəfindən işğalı qətllərlə, kütləvi qırğınlarla müşayiət olunmuşdur. 200 il ərzində xalqımız erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasəti ilə üz-üzə qalmışdır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciə Ermənistanın işğalçılıq müharibəsi gedişində Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı şəhərinin dinc əhalisini vəhşicəsinə qətlə yetirmiş, onlara misli görünməmiş qəddarlıqla divan tutmuş və şəhəri talan edərək yerlə-yeksan etmişdir. Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Girov götürülənlərdən 68-i qadın, 26-sı uşaq olmaqla 150 nəfərin taleyi bu günədək məlum deyil.
XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı qırğının dəhşətlərini zamanında, operativ olaraq dünyaya tanıtmaqda da gecikdik. Qırğından yalnız 3 gün sonra, fevralın 29-da ölkədə milli matəm barədə fərman verildi. Xocalı harayının beynəlxalq birliyə, dünya dövlətlərinə çatdırılması barədə praktik olaraq düşünən yox idi. Xalq da özünə qapılaraq bu faciəyə için-için ağlayırdı.
Bu il biz Ədliyyə işçiləri olaraq həmin insanların ruhunu həm də bir qalib xalq kimi anırıq. Artıq özümüzdə təsəlli tapırıq ki, həmin insanların ruhu şaddır, Vətən müharibəsində qələbəmiz həmin insanların narahat ruhlarına da bir rahatlıq gətirib. Biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq.
Zaman ötsə də, illər keçsə də, Xocalıda baş verənləri heç birimiz unutmayacayıq. Xocalı şəhidlərinin xatirəsini ədliyyə işçisi olaraq əziz tutur, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Maral Həsənova
Bakı şəhər Nizami rayonu qeydiyyat şöbəsinin rəisi























































