Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Arif Quliyevin xanımının vəziyyəti ağırdır: “İnsult keçirib, beş gündür, yatmırıq”
Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb.
Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib.
“Artıq səkkiz ildir ki, anam qaraciyər sirrozundan əziyyət çəkir. Beş-altı gün bundan öncə yenidən halı pisləşdi. Biz, onsuz da, onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda, insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. Beş gündür, yatmırıq. Təkcə çarə dualara qalıb. Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da, adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq”, - deyə aktyorun oğlu bildirib.
Sənətkarın oğlu bildirib ki, atasının ölümündən sonra anasının xəstəliyi daha da şiddətlənib.
“Atam üçün çox darıxır. Qismət olmur ki, məzarını ziyarət etsin. Anam, ümumiyyətlə, atamla nəfəs alırdı. Xasiyyətcə çox utancaqdır. Evə çəkiliş qrupu gələndə atam onu güc-bəla ilə yola gətirirdi ki, çəkilsin. Atam çox narahat insan idi. Anamın xəstələnəndə daim yanında oldu. Son gününə qədər anamı qorudu, özü xəstəxanaya düşdü. Anam deyir ki, atan evin bütün ruzi-bərəkətini də özü ilə aparıb getdi”, - deyə Rövşən Quliyev bildirib.























































