“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
On manata görə kiminsə balası ölməlidir?
Kubra Məhərrəmova yazır...
Guya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) narkoman sürücülərdən xəbəri yox idi? Siz Allah bəsdirin, güldürməyin də bizi. Bu qədər videolar çəkilir, bu qədər şəhər kameralarına görüntülər düşür, amma nədənsə AYNA bu gün hərəkətə keçir... Bu gün agah oldu onlara baş verənlər?
Qısaca məlumat verim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verib. Buna səbəb isə bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatların yayılması olub. Hətta bəzi şahidlər bildiriblər ki, adam narkotik istifadəçisi də olub.
Bir dəli quyuya daş atdı, yüz ağıllı gəlib bir iş görə bilmədi... Sözümün canı odur ki, guya AYNA-nın xəbəri yox idi taksi fəaliyyəti ilə məşğul olanların - anasında küsən, atasından qaçan, sərxoş olan, olmayan, bəzi taksi sürücülərinin vəziyyətindən?
Azı həftədə bir dəfə Daxili İşlər Nazirliyi dəstə-dəstə narkotik vasitələrin daşınmasını həyata keçirən, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən taksi sürücülərini müəyyən edərək saxlayır, sərnişinlər qeyri-adekvat taksi sürücülərinin videolarını çəkib sosial şəbəkələrə yayır...
Bunların heç birini görməyib AYNA?
İkincisi, həmin adamlara sağlamlıq haqqında arayışı verənlər imam övladlarıdır?
Heç nə yox, düz 8 ay əvvəl Baku Tv-nin əməkdaşları Azərbaycan Respublika Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”ndə gizli çəkiliş etmişdilər. Cəmi onca manata arayış almışdılar həkimdən. Özü də heç bir testdən, yoxlanmadan keçmədən. Sürücü gəlir, 10 manatını verir həkimə, sürücü sərxoş olsa belə ayıqlığı təsdiq edən kağızını alır, gedir taksi sürməyə. Onların idarə etdiyi nəqliyyat vasitəsinə də uşaq minir, böyük minir, qız-qadınlarımız minirlər...
Məni danışmağa vadar edən isə odur ki, gərək hökmən ölüm-itim olsun, sonra qurumlar hərəkətə keçsinlər?
Olmaz ki, elə bu hadisələr baş verməmişdən əvvəl kimsə əlini daşın altına qoysun? Yoxsa elə əl stolun altından, siyirmənin içindən “10 manatı” götürmək üçün lazımdır? 10 manata görə kiminsə balası ölməlidir?
Amma görünən odur ki, bu, çoxlarını narahat etmir. Əhməd bir tərs şillədir ki, cəmiyyətin üzünə dəydi. Birdən hamı ayıldı ki, hansı ruhi dispanserdə yatıb ki, bunu anasının xahişi ilə azadlığa buraxıblar? Birdən hamı ayıldı ki, Əhməd bu diaqnozla taksi fəaliyyəti göstərib.
Birdən hamıya agah oldu ki, Əhmədi 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçəndə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Birdən ayıldıq ki, Əhməd həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. Birdən bizə çatdı ki, cəmiyyətdə yüzlərlə belə cibində “dəlilik kağızı” olanlar var. Qəfil bəzi qurumlara çatdı ki, kimisə, nəyisə yoxlamaq lazımdır.
Adım kimi əminəm ki, uzağı 5-10 günə bu məsələ də yaddan çıxacaq. Arada arayışların “qiyməti” qalxacaq. Lap üstünə getsək taksinin qiyməti qalxacaq. Elə beləcə özümüzü aldadıb, dəliləri yola verib yaşayırıq.
Mənbə: Oxu.az























































