Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycandakı prezident seçkisi Kuba mətbuatının diqqət mərkəzindədir
Kubanın aparıcı mətbu orqanları “Prensa Latina”, “Granma”, “Trabajadores” qəzetlərində, eləcə də “Cubavision Internacional” və “Canal Caribe” televiziya kanallarında 7 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi geniş işıqlandırılıb.
Bu barədə Azərbaycan Respublikasının Kubadakı Səfirliyindən bildirilib.
Məlumatlarda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının namizədi kimi prezident seçkisində iştirak etdiyi və Azərbaycan xalqının 92 %-dən çox səsini əldə edərək inamlı qələbə qazandığı qeyd edilib. Kuba Respublikasının Prezidenti Miqel-Dias Kanel Bermudes tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkidə qələbəsi münasibəti ilə ünvanlanan təbrik məktubundan bəhs olunub.
Məqalələrdə Azərbaycan tarixində ilk dəfə seçkinin ölkənin bütün ərazisində keçirildiyi, Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa şəhərinin seçki günü tarixi anlar yaşadığı, şəhər sakinlərinin uzun müddətdən sonra ilk dəfə olaraq öz şəhərlərində səs verdiyi bildirilib. Həmçinin, yazılarda müharibə yaralarının sağalması və dağıntıların bərpasının müəyyən vaxt almasına baxmayaraq, Şuşa, Füzuli, Xankəndi, Laçın və Qarabağın digər şəhərlərinin sakinləri seçkidə fəal iştirakları ilə dünyaya demokratiya nümunəsi nümayiş etdirdiyi vurğulanıb.
Materiallarda habelə, seçkini işıqlandırmaq məqsədilə Latın Amerikası regionundan Argentina, Braziliya, Çili, Kolumbiya, Kuba, Meksika və Uruqvaydan olan jurnalistlərlə yanaşı, ümumilikdə 120 xarici media mənsubunun akkreditasiya olunduğu bildirilib.























































