Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

10 Şub 16:02Manşet / Cəmiyyət

Hirkan Milli Parkının dünəni və bu günü

Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 81 nömrəli sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılıb. Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran-Astara inzibati rayonunun ərazisində yerləşir. Hazırda onun ərazisi 40 358 hektardır.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması olsa da, lakin 2008-ci ildən 2012-ci ilədək olan dövrə nəzər yetirəndə görürük ki, həmən illər Hirkan Milli Parkının faciəli dövrü olub. Nadir ağaclar siyahısına daxil olan palıd, ağcaqayın, cökə, fıstıq və digər ağaclar kütləvi məhv edilərək oduncaq və s. məqsədlərlə satılırdı. Təbiətin qorunması ilə bağlı məsələyə dəxli olan aidiyyəti qurumların bəzi maddi-məsul şəxsləri isə şəxsi maraqlarının təmin olunması ücün dövlətin qanunlarını yaddan çıxardaraq Hirkan Milli Parkında nadir ağacların kütləvi qırılmasına rəvac verirdilər. Elə bir acınacaqlı vəziyyət yaranmışdı ki, qanunsuz qırılan ərazilər ağır zirehli texnikalar ücün nəzərdə tutulmuş hərbi poliqonu xatırladırdı.

Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri postuna təyin olunandan sonra elə bil təbiətimizə yeni nəfəs gəldi. Nazirlikdə baş verən bir sıra neqativ hallar aradan qaldırıldı, vəzifə səlahiyyətlərindən sui-istifadə edib xalqın və dövlətin maraqlarını öz şəxsi maraqları ilə əvəz edən şəxslər tutduqları vəzifələrindən kənarlaşdırıldı. Nazirlikdə gedən kadr islahati Hirkan Milli Parkında da öz bəhrəsini verməklə, ərazidə fauna və floranın zənginləşməsi üçün böyük təkan oldu. Birmənalı olaraq qanunsuz halda ağacların kəsilməsinə son qoyuldu.

Hazırkı durumda əldə olunan bütün uğurlarda parkın rəhbəri Vüsal Həsənovun xidmətləri yetərincədir. V. Həsənov cəmiyyətimiz ücün önəmi və dəyəri olan bir ziyalıdır. O, işində ciddi və məsuliyyətl olmaqla yanaşi, Hirkan Milli Parkında çalışan hər bir işçiyə qarşi diqqətcil, mehriban və qayğıkeşdir. Əsl Azərbaycan ziyalısına xas olan bütün insanı keyfiyyətlərə malik olan V.Həsənov həm Cənub bölgəsinin sakinlərinin, həm də Hirkan Milli Parkının işçilərinin dərin hörmətini qazanıb. "Çalışmalıyıq ki, bizə göstərilən etimadı doğrudub, xalqımız və dövlətimiz qarşısında vəzifə borcumuzu yerinə yetirməklə, layiqincə xidmət edək",-Vüsal müəllim bildirir.

V. Həsənovun təşəbbüsü ilə park ərazisində yerləşən kəndlərin sakinləri ilə aparılmış profilaktik tədbirlər nəticəsində hazırda yerli sakinlər tərəfindən parkın nizamnaməsinə cox ciddi riayət olunur.

Ümid edirik ki, hazırkı durumda təbiətimizin mühafizəsi etibarlı əllərdədir.

Fürsətdən istifadə edərək 9 fevral Hirkan Milli Parkının yaranması günü münasibətilə parkın rəhbəri V. Həsənov başda olmaqla parkın işgüzar kollektivini təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar diləyirik.
Zahid Həbiboğlu. AJB üzvü.