Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOV-36
7 fevral - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun mövlud Günüdür. Şəhidimizin qutsal ruhuna, illər öncə yazdığım ithaf seirimlə salam olsun.
MÜBARİZ
Düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş şəhid gizirimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinində oldum və valideyinlərini ziyarət etdim. Şəhid atası - əli dəstəmazlı, ağzı dualı, qəlbi imanlı Ağakərim kişi ilə sohbətimizdə oğlunun şəhid olduğu gün sübh namazını “birgə” qıldıqlarını söylədi... Bu ilahi hikmətin, həqiqətin işiğında deyirəm: Alllah ibadətinizi qəbul eləsin. Məqamın mübarək, Mübariz!
Ağakərim ata, Şamama ana
Oğul bəxş etdilər Azərbaycana.
Şəhid şərəfiylə dönüb dastana,
Xalqın iftixarı oldu Mübariz.
Böyük Qələbəyə olaraq əmin,
Dünyaya göstərdi öz milli Mənin.
Şərəfsiz dediyi yağı düşmənin
Canına vəlvələ saldı Mübariz.
Güc aldı Mübariz torpaqdan, haqdan,
Üzüağ çıxaraq ülvi sınaqdan.
Neçə qəsbkarı tapdaq torpaqdan
Alaq otu kimi yoldu Mübariz.
“Yolum şəhidlikdirdir” - eylədi bəyan,
Təki qalib olsun qoy Azərbaycan,
Üç rəngli bayrağa fəda etdi can,
Qəhrəman adını aldı Mübariz.
Döyüşçü arzusu olacaqmı çin?
Xocalı sızlatdı hey için-için...
Torpaq yanğısını söndürmək üçün
Qara bulud kimi doldu Mübariz!
Vətən köynəyindən keçdi Mübariz,
Andını Vətənə içdi Mübariz,
Öz zəfər yolunu seçdi Mübariz,
Əsir topaqlara yoldu Mübariz!
Düşməni sarsıdan qoldu Mübariz!
02.09.2010
Tapdıq ƏLİBƏYLİ























































