Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Dövlət agentliyində yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb
Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyində 2023-cü il ərzində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb.
Dövlət Agentliyindən verilən məlumata görə, bunu qurumun rəisi general-mayor İlqar Abbasov Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyinin ötən il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə deyib.
O bildirib ki, cəzalandırılanlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Qurum rəisinin sözlərinə görə, xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 nəfər hərbi qulluqçusu mükafatlandırılıb. 15 nəfər hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb. 24 nəfər hərbi qulluqçu Türkiyə Respublikasında müxtəlif sahələr üzrə kurslara göndərilib.
İ.Abbasov qeyd edib ki, qurum tərəfindən 2023-cü il ərzində ixrac neft və qaz boru kəmərlərinin, o cümlədən, qorunan şəxslərin və obyektlərin mühafizəsi təmin edilib, mühafizə olunan şəxslərə və obyektlərə qarşı yönələ biləcək terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması üçün zəruri işlər görülüb.
O əlavə edib ki, kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. 2023-cü il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.























































