Sabirabad rayonunda direktor, Sektor müdiri və Regional Rəhbərinin birgə qanunsuzluğu!!!
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov "Ramazan" bayramı münasibəti ilə təbrik etdi.
Xeyriyyəçi və vətənpərvər xanım Zərniyar Kərimovanın "Ramazan" bayramı münasibətilə təbriki
“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov "Ramazan" bayramı münasibəti ilə təbrik etdi.
Neftçala Yod Zavodunun Baş Direktoru Rəşad Xəlilov - "ƏSL VƏTƏNDAŞ, DÖVLƏTƏ SƏDAQƏT ANDI, LƏYAQƏTLİ İNSAN"
ISW Putinin Ukraynada müvəqqəti idarəetmə ilə bağlı bəyanatlarının mahiyyətini izah etdi
Metronun “28 May” stansiyası yenidən qurulacaq: Yaşıl və qırmızı xətlər bir-birindən ayrılacaq
2040-cı ilədək “28 May” - “Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb.
Baş planda qeyd olunub ki, 2040-cı ilədək “28 May” stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.
Baş planda “Bakı metropoliteni” QSC ilə bağlı əsas hədəflər də açıqlanıb.
Qeyd olunub ki, sistemdəki sərnişin sıxlığın aradan qaldırılması, tranzit təyinatlı inkişafın nəzərə alınması və təşviqi, şəbəkənin sürətlə inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdəndir.
Baş planın “Gələcək İnkişaf 2027” bəndində isə qeyd olunur ki, metronun əhatə dairəsinin genişləndirilməsi, bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal” hissəsinin, “B-03” və “B-04” stansiyalarının tikintisi, yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül” elektrik deposunun, “Y-03”, “Y-02” “Y-14” və “Y-15” stansiyalarının tikintisi, dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması, qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədə səmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi, birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması nəzərdə tutulur.