Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov - Heydər Əliyev İrsinə və İlham Əliyevin Siyasətinə Sadiqlik
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov: "DÖVLƏTƏ SƏDAQƏT ANDI"
NAXÇIVANDA CİP MARKALI AVTOMOBİLLƏ MƏKTƏBLİ QIZI VURUB QAÇAN SÜRÜCÜNÜN ARXASLNDA KİMLƏR DURUR? - HƏLƏ DƏ TAPILMIR
İranla Rusiya arasındakı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün təhlükəsi varmı? (ŞƏRH)
"Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi Aqibət Məmmədov: Dövlət və Dövlətçiliyə Sadiq Şəxsiyyət
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib
Ziyalı insan, işinin peşəkarı, dövlətçiliyə xidmət nümunəsi - “Abşeron Lojistika Mərkəzi”nin İdarə Heyətinin sədri Ziya Ağayev
Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir.
Bu gün haqqında bəhsedəcəyimiz şəxs hər kəsin yaxşı tanıdığı, 44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan,hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir vətənpərvər insan “Abşeron Lojistika Mərkəzi”nin İdarə Heyətinin sədri Ziya Ağayevdir.
Biz bir mətbu orqanı olaraq hər əlamətdar günlərdə bu dəyərli insan haqqında səhifələrimizdə yer ayırmışıq. Axı,nə üçün yaxşıları tanıtdırmayaq?! Mənim fikrimcə, bu dünyanı gözəllik deyil, xeyirxahlıq xilas edə bilər. Bu gün narahat dünyamızın xeyirxah, mərd insanlara ehtiyacı böyükdür. Elə yazımın əsas qəhrəmanı “Abşeron Lojistika Mərkəzi”nin İdarə Heyətinin sədri Ziya Ağayev kimi...
Bilmirəm, nədənsə, həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
İnsanlara daim yaxşılıq edən bir insan haqqında yazılan neqativ yazılara fikir bildirmək məsuliyyətini öz üzərimə götürməkdə məqsədim bu dəyərli insanın xeyirxah əməlləri haqqında hər kəsi məlumatlandırmaqdı. O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Öz xeyirxah əməlləri, humanistliyi ilə insanların qəlbində özünə yer tutan, sözü, əməli fikri xeyirlə yoğrulmuş insan “Abşeron Lojistika Mərkəzi”nin İdarə Heyətinin sədri Ziya Ağayev vətəninə, xalqına, torpağına bağlı olan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsl Azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Ziya Ağayev sözünün əvvəli-axırı insandır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Ziya müəllim. Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. “Abşeron Lojistika Mərkəzi”nin İdarə Heyətinin sədri Ziya Ağayev bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Ziya müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyini əsirgəməyən, hər bir kəsə öz doğma insanı kimi dəyər verən Ziya müəllim onların hər birinə ata qayğısı ilə yanaşır, səmimi rəftar edir. Ziya Ağayev sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Ziya müəllim dəyişməz qalır. Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa-ağ, qaraya-qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə,insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Ziya müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir. Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından “Abşeron Lojistika Mərkəzi”nin İdarə Heyətinin sədri Ziya Ağayevi qarşıdan gələn hər bir gününü, Uca Tanrıdan cansağlığı, uzun ömür, ailə səadəti diləyir, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.
Hazırladı
Vüqar Əsədov
ABŞERON LOJİSTİKA MƏRKƏZİ
Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara cavab verən özəl logistika mərkəzidir. Mərkəz konteyner, vaqon, gömrük, broker, terminal, anbar, ofis icarəsi, nəqliyyat xidmətləri kimi bir sıra xidmətlər təklif edir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlayıb. Tarixi İpək Yolunun mərkəzində yerləşən mərkəz “ABSHERON LOGISTICS CENTER” Azərbaycanda beynəlxalq sertifikatlı, beynəlxalq standartlara və inteqrasiyaya malik ilk özəl logistika mərkəzidir. Mərkəz Azərbaycanın paytaxtı Bakı şəhərində - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlçatan yol əlaqələri sizə terminaldan birbaşa əsas avtomobil nəqliyyatı marşrutlarına keçməyə və təyinat yerinə cədvəl üzrə çatmağa imkan verir. Biz müştərilərimizin müasir texnologiyalar, güclü infrastruktur imkanları, təhlükəsiz, sürətli və davamlı logistika dəstəyi kimi zəngin əməliyyat imkanlarını, dövrümüzün müasir tələblərinə uyğun yüksək keyfiyyətli xidmət təqdim edirik. “Azərbaycan Dəmir Yolları” QSC Abşeron Logistika Mərkəzinin nəzdində fəaliyyət göstərən “Abşeron” yük dəmir yolu stansiyasına 548004 beynəlxalq stansiya kodu verib.
65,7 hektar ərazini əhatə edən mərkəz konteyner, vaqon, gömrük, broker, terminal, anbar, ofis icarəsi, nəqliyyat, 3PL xidmətləri göstərir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən müvafiq gömrük orqanları tərəfindən həyata keçirilir.
Yüksək səviyyəli və operativ xidmətlər “vahid pəncərə” sistemi vasitəsilə həyata keçirilir. Bu sistemin əsas məqsədi müxtəlif mərhələlərdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsidir ki, bu da vaxta qənaət və xərclərin azalması ilə nəticələnir.
Mərkəzin fəaliyyəti avtomatlaşdırılmış proqram təminatı vasitəsilə - yük stansiyalarında vaqon və konteynerlərin qəbulu prosesindən başlayaraq yüklərin təyinat yerinə çatdırılmasına qədər həyata keçirilir. Proqram təminatı sistemi Azərbaycan Dəmir Yolları və Dövlət Gömrük Komitəsinin əməliyyatları ilə inteqrasiya olunaraq, “bir pəncərə” sisteminin prinsiplərinə uyğun olaraq sahibkarlara fasiləsiz və şəffaf xidmətlər göstərməsinə şərait yaradır.
Bu da öz növbəsində həm Dövlət Gömrük Komitəsi, həm də Azərbaycan Dəmir Yolları arasında qarşılıqlı məlumat mübadiləsini təmin etməklə səmərəliliyi artırır.
Optimal logistika təminatçısı olaraq biz sizin xidmətinizdəyik.
MİSYON, STRATEJİ VİZYON, DƏYƏRLƏR
BİZİM MİSSİYAMIZ:
- Müştərilər üçün ilk seçim iş ortağı olaraq;
- İşimizdə daim yenilik tətbiq etmək, peşəkarlığı və şəffaflığı ön planda tutmaq;
- Ölkə iqtisadiyyatının inkişafına dəstək olaraq
Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə töhfə vermək.
STRATEJİ BAXIŞIMIZ:
Avrasiyada aparıcı logistika mərkəzi olmaq.
DƏYƏRLƏR
Dürüstlük
Biz vədlərimizə görə müştərilərimiz qarşısında cavabdehlik daşıyırıq, çünki dürüstlük biznesimizin əsasını təşkil edir. Həmkarlarımız, müştərilərimiz, tərəfdaşlarımız və özümüzlə dürüst olmaq və onların etimadını qazanmaq üçün bütün gündəlik işlərimizdə ən yüksək etik standartları tətbiq edirik.
Yenilik
Müasir dövrdə daim dəyişən müştəri ehtiyaclarını tam ödəmək üçün müxtəlif kanallar vasitəsilə yüksək keyfiyyətli, innovativ məhsul və xidmətlərimizi təklif edirik.
Biz innovasiyaları təşviq edirik və sənayenin ən yaxşı təcrübələrini daim tətbiq edirik.
Gördüyümüz işdə mükəmməlliyi tətbiq etməklə uğur qazanırıq. Qarşımıza çıxan maneələrdən belə, əldə edilə biləcək imkanları görməyə çalışırıq və həmişə peşəkar səriştəni rəhbər tuturuq.
Peşəkarlıq
Müştərilərimizin biznes ehtiyaclarını öyrənərək, onların ehtiyaclarına uyğun həllər həyata keçiririk. Biz həmişə müəyyən etdiyimiz standartlara əməl edirik və işimizə peşəkarcasına yanaşırıq. Biz gördüyümüz hər şey üçün məsuliyyət daşıyırıq və diqqətimizi müştərilərimiz üçün "ilk seçim" biznes tərəfdaşı olmağa yönəldirik.
Təhlükəsizlik
Abşeron Logistika Mərkəzi bütün əməkdaşlarını ən mühüm dəyəri kimi dəyərləndirir və bütün işçilərin təhlükəsiz və sağlam iş mühitində işləməsini təmin edir. Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyəli xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir.
Ətraf mühit
Bizim məqsədimiz fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsirləri minimuma endirməkdir. Biz çalışırıq ki, gündəlik fəaliyyətlərimiz ətraf mühitə minimal təsir göstərsin.
Biz ətraf mühitin qayğısına qalırıq və "yaşıl" şirkət olmağa çalışırıq.