Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

05 Ock 13:34Manşet / Gündəm / İqtisadiyyat

ZİYA SÜLEYMANOV - İŞİNİN PEŞƏKARI, DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SADİQ İNSAN

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır". 

Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir. Və bu yöndə Azərbaycanda iş adamlarına sahibkarlığın inkişafı üçün geniş şərait yaradıldı. Fövqəladə Hallar Nazirliyində xüsusi xidmətləri ilə seçilən vətənpərvər insanlardan biri də Ziya Süleymanovdur.

Tarixi keçmişimizə nəzər salsaq, görərik ki, vətənpərvərlik anlayışı tarixin bütün dönəmlərində xalqımız üçün böyük önəm kəsb etmiş, bu gün də aktual olaraq qalır. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə Vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə Vətənə, millətə xidmət etməyi birləşdirir. Tarixin bütün dövrlərində Vətənimizin igid oğulları, qeyrətli qızları vətənpərvərliyi ilə seçilmiş, vətənimizin bütövlüyü uğrunda yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmış, Vətən naminə canlarını qurban verməkdən çəkinməmiş, əsl vətənpərvərlik nümunəsi göstərərək şərəfli bir iz qoyub getmişlər. Hər bir vətənpərvər insan işindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq torpağa, dövlətə sədaqətini özünün əməlləri ilə göstərir. Belə insanlardan biridir Ziya Süleymanov. Ziya müəllim demək olar ki, bütün vaxtını, dövlətə, dövlətçiliyə xidməti ilə keçirir.

Hər bir xalqın milli dəyərlərinin əsasında vətənpərvərlik dayanır. Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlərboyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Bəli, vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir, sədaqətdir.

Ziya Süleymanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ziya müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına, dövlətimizə əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.

Ziya Süleymanov Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmiş və yanında olmuşdur.

Ziya müəllimin şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.

Ziya Süleymanov istər vəzifə borcunu, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib. Ziya Ağayev Lojistika sahəsinə hər zaman xüsusi diqqət və qayğı göstərir.

Ziya müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ziya Süleymanov biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

 

Zəruri Giriş - Ziya Süleymanov 1994–2005 illərdə orta məktəbdə təhsil alıb. 2005-10 illərdə ADİU-nun Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2005-08 illərdə Azərb. Resp. Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” THXİB-nin Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə Bakı şöbəsinin kompüter operatoru vəzifəsində işləyib. 2006-08 illərdə AR Silahlı Qüvvələrinin Gəncə Q.H.-də müddətli həqiqi hərbi xidmətdə olub. Z.Süleymanov 2011-13 illərdə ADİU-da Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb.

Ziya Süleymanov 2008-10 illərdə AR Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi (Yasamal, Nəsimi, Səbail regional) Dövlət Yanğın Nəzarəti İdarəsində mülki inspektor, 2010-11 illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi (Nərimanov, Nizami, Xətai regional) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.

Z.Süleymanov 10.11.2016 ildə RF-nin Moskva ş.-də Topdansatış Bazarında Əmtəə Dövriyyəsinin və Konyunkturasının Tədqiqi İnstitutunda (Институт исследования товародвижения и конъюнктуры оптового рынка) “Transsərhəd ərazilərdə su axınlarının logistik infrastrukturunun inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafi ə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

2019 ildən BDU-da “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə saathesabı əsaslarla dərslər aparır.

2011-22 illərdə AR FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.

Məlumat Z.Süleymanovdan alınıb.

 

 

 

Hazırladı

Vüqar Əsədov

Araşdırmaçı jurnalist