İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Lənkəran xəstəxanasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqinə start verilib.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, tibb müəssisəsinin tabeliyində iki ailə sağlamlıq mərkəzi, beş kənd ailə sağlamlıq mərkəzi, 30 kənd həkim məntəqəsi, 34 kənd tibb məntəqəsi, Regional Perinatal Mərkəz fəaliyyət göstərir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1 894 işçi salışır. Mərkəz 250 000-dən çox vətəndaşa xidmət göstərir.
İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda mühüm dəyişikliklər baş verib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının idarəetmə aparatında bəzi yeniliklər olub, sığortanın təşkili və innovasiya, informasiya texnologiyaları, dəstək xidmətləri, xəstə xidmətləri, satınalma, tibb bacıları şöbələri yaradılıb və tibbi xidmətin əlçatanlılığı təmin olunub.
360 çarpayılıq mərkəzin nəzdində poliklinika, radiologiya, fizioterapiya, cərrahiyyə, urologiya, reanimasiya, təcili yardım, terapiya, uşaq, laboratoriya, yoluxucu xəstəliklər, vərəm, hemodializ, invaziv kardiologiya, ürək-damar cərrahiyyəsi şöbələri əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyət göstərir.























































