Xəbər Lenti
Dünən, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Dünən, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 13:50
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
"MƏN YER ÜZÜNDƏ MÜƏLLIMDƏN YÜKSƏK AD TANIMIRAM”
Günəş doğur və qürüb edir... Dünyanın bu əzəli-əbədi mənzərəsi yaranışdan beləcə sərgilənməkdə, dövr etməkdədir. Düşünürəm ki, işıqlı insanlar da belədir. Həyata vida desələr də, yaddaşlara köçən əməlləri ilə yenidən doğulurlar. Belələri sanki günəştək qürüb edib...Yaddaş aynamda əsrlərin, qərinələrin ta o üzündən üzü bəri gələn dəyər əsintiləri ilə müdrinklərin işıqlı idrakından süzülərək hasil olan bir qənaət, deyim bərq vurur: insanın əsl ömrü xatırlandığı qədərdir. O da ola bütöv həyatını, varlığını xalqına, vətəninə, insanlığa həsr etmiş tarixi şəxsiyyətlər, el yaddaşında abidəyə dönən işıqlı əməl sahibləri...
23 dekabrda Aşağı Qarxun kənd Musiqi məktəbində keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan müəllimi (Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbinin dünyasını dəyişmiş müəllimlərinin həyat və fəaliyyəti kontekstində)” mövzusuna həsr olunmuş ədəbi-bədii gecə düşüncələrimin günlükləndiyi, fikrimə müqəddimə etdiyim həqiqətin bir daha təzahürü, təsdiqi oldu.
ƏDƏBİ-BƏDİİ GECƏNİN TƏŞKİLAT KOMİTƏSİ
Sədr: Bərxudarov Mənsur İsa oğlu – Azərbaycan Dövlət İqtisad Universiteti, Rus iqtisad məktəbinin (UNEC RESH) Direktoru
Həmsədrlər: 1)Bərxudarov Camal Saməddin oğlu–Qarxun kənd tam orta məktəbinin direktoru
2) Əlibəyli Tapdıq Abış oğlu – şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
3) Əliyev Hikmət İslam oğlu –Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist;
4) Bostanov Rövşən Əbülfət oğlu – Aşağı Qarxun Bələdiyyəsinin sədri
Dövlətçilik məfkurəsi Azərbaycan Bayrağının ucalığı olan ümummilli lider, xilaskar öndər Heydər Əliyevin “MƏN YER ÜZÜNDƏ MÜƏLLIMDƏN YÜKSƏK AD TANIMIRAM” fikri fonunda tədbiri giriş sözü ilə açan Azərbaycan İqtisad Universiteti Rus İqtisad Məktəbinin (UNEC RESH) direktoru, iqtisadçı - alim Mənsur İsa oğlu Bərxudarov movzu kontekstində fikirlərini bölüşdü. Sonra isə sözü “Azərbaycan elmi-pedaqoji həyatında Heydər Əliyev şəxsiyyəti və kompleks maariflənmə prosesi” işığında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tapdıq Əlibəyliyə həvalə etdi.
Şəhid Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta məktəbinin direktoru “Aşağı Qarxun kənd tam orta məktəbinin dünyasını dəyişmiş müəllimləri böyük ziyalılar kimi” movzusu ilə tədbiri davam etdirdi. Dünyasını dəyişmiş müəllimlər: İsa Bərxudarov İmam Kərimov, Mütəllim Hacıyev, Məcid Hacıyev, Almaz Kərimova, Bəkir Fərəcov, Məhəmməd Abdullayev və Azər Abdullayevin həyat və pedaqoji fəaliyyətləri fonunda əziz xatirələri ehtiramla yad edildi.
Mənsur Bərxudarovun “Qarxunlu İsa müəllim fenomeni” xatirat, faktoloji-sosioloji ümumləşdirmələri tədbir iştirakçılarını təsirləndirdi. Beə ki, 21 mart 2021- ci ildə vəfat etmiş, 90 illik yubileyi qeyd olunan, el sevgisi qazanmış müdrik ağsaqqal, ömrünün yarım əsrdən çoxunu şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş təhsil fədaisi, həyat kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş ziyalı olaraq ehtiramla yad edilən İsa Camal oğlu Bərxudarovun şərəfli həyat yoluna bir işıq tutuldu.
Ədəbi-bədii gecə tarix elmləri doktoru, professor Xəqani Məmmədov, tarix elmləri doktoru, professor Vaqif Hacıyev, tədqiqatçı - jurnalist Hikmət İslamoğlu, Şəhid atası İdris Yusifov, kənd ağsaqqalarından olan Bədəl Hacıyev, Şəkidən gəlmiş qonaqlar - qocaman pedaqoq, İsa müəllimin tələbə yoldaşı İsmayıl Ələkbərov, şair Qoca Xalid, Qarxun kənd məktəbinin müəllimləri və digər çıxışçıların öz fikirlərini, xatirələrini bölüşməsi ilə daha da maraqlı oldu.
Şagirdlərin şair sözünün sinonimi sandığım Səməd Vurğunun “AZƏRBAYCAN” şeirini söyləmələri isə tədbirə məxsusi çalar gətirdi. Elə bu ovqatla Tapdıq Əlibəyli “AZƏRBAYCAN – TANRI YAZAN ÜNVANIM” şeirilə ədəbi-bədii gecəni yekunlaşdırdı.
Qeyd edim ki, tədbir öncəsi, Aşağı Qarxun kənd qəbirastanlığında dəfn edilmiş İsa Bərxudarovun məzarı ziyarət olundu, ruhuna dualar edildi. Əbədiyyət ünvanı nurlu, ruhu şad olsun. El yaddaşında abidəyə dönənlər heç vaxt unudulmur!
Tapdıq ƏLİBƏYLİ










































































