Xəbər Lenti
Bugün, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
Dünən, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
23-11-2026, 17:05
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
23-11-2026, 10:47
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Avropa İttifaqı milyardlarla avroluq COVID-19 peyvəndini zibilliyə atıb
Avropa İttifaqı (Aİ) ölkələri ümumi dəyəri dörd milyard avro olan minimum 215 milyon doza koronavirus peyvəndini tullayıb.
Bu barədə “Politico” nəşrində məqalə dərc olunub.
“Avropa İttifaqı ölkələri tərəfindən pandemiyanın qızğın çağında alınmış ən azı 215 milyon doza COVID-19 peyvəndi tullanıb və bu da vergi ödəyicilərinə dörd milyard avroya başa gəlib”, - deyə məqalədə bildirilib.
Qəzet qeyd edib ki, pandemiya dövründə Aİ ümumilikdə 1,5 milyard dozaya qədər peyvənd alıb ki, onların da çoxu bütün Avropada zibilxanalara atılıb.
Mənbə: Oxu.az























































