“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
İlham Əliyevin növbədənkənar seçkidəki namizədliyi: Azərbaycan üçün təhlükəsizlik yastığı - ŞƏRH
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında növbədənkənar prezident seçkisində iştirakla bağlı qərar verildi.
YAP-ın növbədənkənar prezident seçkisindəki namizədi hazırkı dövlət başçısı İlham Əliyevdir.
İlham Əliyevin prezidentliyə namizədliyi ümumilikdə dövlət üçün bir neçə faktor üzrə önəmlidir.
Birincisi, İlham Əliyev xarici təhdidləri və bunun əlaqələndirilmiş şəbəkəsini yaxşı analiz edərək Azərbaycanın xarici siyasətinin kursunu balansda saxlamağı bacarır.
Bu, Azərbaycana uzunmüddətli sabitlik vəd edir - xüsusilə, Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən lider olduğunu sübut etdikdən sonra ona olan inam qat-qat çoxdur.
İkincisi, İlham Əliyev xarici siyasətdə balansı qorusa da, o, təzyiqlərə qarşı da dirəniş göstərir, qətiyyəti, prinsipiallığı ilə dövlətin mövqeyini ən üst səviyyədə təmin etməyə qədər çıxara bilir.
Üçüncüsü, bu iki amil Azərbaycana təhlükəsizlik baxımından güclü daxili konyunktur formalaşdırır ki, bu da dünyada sabitliyə ac olan ölkələrlə müqayisədə qat-qat üstünlük deməkdir.
Təbii ki, seçki ərəfəsində Azərbaycana qarşı qlobal aktorlar tərəfindən müəyyən təzyiqlərə cəhdlər ola bilər. Burada İlham Əliyev həm dövlət başçısı, həm də prezidentliyə namizəd kimi Bakını hədəf alan oyunçuların obrazını ciddi təhlil edib təmkin və soyuqqanlılıqla adekvat tədbirlər görmək təcrübəsinə malikdir.
Deməli, İlham Əliyev Azərbaycana qarşı təsir əməliyyatlarının haradan qaynaqlandığının və onun necə aparıldığının qlobal risklər xəritəsini ümumi şəkildə 2024-cü ildə dünyada baş tutacaq seçkilərə nisbətdə tərtib edir. Bu xəritə Azərbaycanın müdafiə strategiyasının komponentlərinin yenidən hazırlanması ilə nəticələnə bilər.
İlham Əliyevin seçkidə qələbə qazanacağı şübhəsizdir və növbəti qalibiyyət Azərbaycanın qlobal seçki prosesindəki təhdidlərə qarşı dayanıqlılığını möhkəmləndirəcək.
Bu proses Azərbaycana qarşı bədxassəli informasiya və kəşfiyyat əməliyyatlarının miqyasına qarşı tutarlı bir yol xəritəsi hazırlanmasına gətirib çıxara bilər.
Ümumilikdə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi:
- Azərbaycana qarşı risklərin genişliyinə və mürəkkəbliyinə qarşı ən uyğun qərardır,
- Azərbaycanın xarici siyasətdəki və daxildəki sabitliyə töhfələri üzrə dövrələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayır.























































