Menu
Xəbər Lenti
Tənha günlərim
Dünən, 19:56

Tənha günlərim

GÜLÜB KEÇDİM...
Dünən, 17:01

GÜLÜB KEÇDİM...

Bu ərazilərdə leysan var
20-07-2026, 11:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 11:42

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 11:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 10:45

Ağstafaya sel gəldi

13 Dekabr 2023 09:28Manşet / Cəmiyyət

Respublika stadionundan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişdi

 

Tofiq Bəhramov adına Respublika stadionunun tavanının çökməsindən sonra təmir zamanı yıxılan fəhlə ölüb.

“Qafqazinfo” xəbər verir ki, stadionun tavanından yıxılan fəhlə, 1968-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Sulduz Şükürov xəstəxanada vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Stadionun direktoru Tələt Məmmədov açıqlamasında tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə məlumatsız olduğunu bildirib:

“Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu cür addım atıldı. “Qarabağ”ın Avropa Liqasında “Hakken”ə qarşı keçirəcəyi oyun bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, sözügedən hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə çağırış daxil olmayıb.