Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
EHTİRAMLA ANIRIQ
Müdriklərin işıqlı idrakından süzülərək hasil olan qənaətə görə, insanın əsl ömrü xatırlandığı qədərdir. O da ola bütöv həyatını, varlığını xalqına, vətəninə həsr etmiş tarixi bir şəxsiyyət - Heydər Əliyev! Parlaq xatirəsini ehtiramla, rəhmətlə yad edirik!
Dövlətçilik məfkurəsi Azərbaycan Bayrağının ucalığı olan ümummilli lider, xilaskar öndər Heydər Əliyevin yaddaş aynamızda məna siqləti ilə bərq vuran "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" deyimi qutsallıq məqamında olan məslək-məramın ifadəsi, bəyanı və mənəvi bir yoldur.O yol ki, Zəfərimizə başlangıc oldu...
Dühasından söküldü dan,
Şəfəqləndi Azərbaycan.
Önümüzdən ötdü duman…
Günəş, nurdur Heydər yolu!
Uca olur xalqla rəhbər;
Gəlişiylə müjdə, xəbər…
O, xalq dedi, xalqsa Heydər!
Məslək, hürdür Heydər yolu!
Uca bayraq şöləsində,
Himnimizin gur səsində,
Hər sözündə, kəlməsində
Qutsal, pirdir Heydər yolu!
Əzəməti - el qüvvəti,
Dəyanəti - ər qüdrəti,
Vətən adlı qüdsiyyəti
Şan, qürurdur Heydər yolu!
Gedənindir - yol deyiblər,
Özü yoldur Ulu Öndər!
Nəsil-nəsil yol gedilər…
Bu yol birdir - Heydər yolu!
Tapdıq ƏLİBƏYLİ























































