Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

11 Ara 09:51Manşet / Gündəm / Siyasət

Məşhur Məmmədov: "Bu əminlik son 20 ildə görülən bütün işlərdə, qazanılan uğurlarda öz əksini tapdı"

 

" Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi bir zərurət idi. Artıq qarşıya qoyulan bütün hədəflərə nail olunub."
Bunu "atributinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov demişdir. O, əlavə etmişdir ki, işğaldan azad edilmiş ərazilərimizə soydaşlarımızın qayıdışı başlayıb. Onların bu ərazilərdə seçkilərdə iştirakları üçün bütün şərait mövcuddur. Azərbaycan hər zaman demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Ölkəmizdə bütün demokratik təsisatların yaradılması və inkişafı üçün atılan addımlar göz qabağındadır. Təkmil seçki təcrübəsi mövcuddur. Seçki qanunvericiliyi dövrün, zamanın tələblərinə uyğunlaşdırılır. Seçki Məcəlləsinə mütəmadi əlavə və dəyişikliklərin edilməsi də bunun bariz nümunəsidir. Azərbaycan dövləti seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün addımları atır. Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamında da bu mühüm müddəa öz əksini tapıb ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin:
"Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.
Bu əminlik son 20 ildə görülən bütün işlərdə, qazanılan uğurlarda öz əksini tapdı. Ən əsası xalq 2003-cü ildə etdiyi seçimin nə qədər doğru olduğunu 2008, 2013 və 2018-ci il prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməklə bir daha təsdiqlədi. Hər bir seçkinin nəticələri ölkəmizdə hökm sürən ab-havanın nümayişidir. 2018-ci ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilən cənab İlham Əliyev qarşıdakı dövrdə görüləcək işlərin, aparılacaq islahatların anonsunu verdi. 2018-ci ildən ötən dövrdə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Bu uğurların zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması dayanır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı Zəfər səhifəsinin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə dərhal bərpa-quruculuq işlərinin başlanması dünya hərb tarixində ilkdir. Müharibədən sonra bərpa işlərinin aparılması mümkün olmasa da Azərbaycan bu addımı atmaqla həm torpaqlarına qovuşduğu üçün yaşadığı sevinci, həm də iqtisadi imkanlarını təqdim etdi. Qısa zamanda görülən işlər soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışını daha da sürətləndirir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bu gün qürurla qeyd edirik ki, 7 fevral 2024-cü il tarixdə müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu ilin 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaldan, Xankəndidən xalqa müraciət edən dövlət başçısı İlham Əliyev son 20 ildə verdiyi bütün vədlərin, qarşıya qoyulan vəzifələrin icra edildiyini böyük qürur hissi ilə qeyd etmişdir. Növbədənkənar prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsidir."- Məşhur Məmmədov demişdir.

Atribut.info