Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 11:25

“Azeri Light” bahalaşdı

Salam, azad Laçınım!
26-08-2026, 17:17

Salam, azad Laçınım!

10 Dekabr 2023 15:51Manşet / Siyasət

Serbiyalı nazir: “Serbiya 2037-ci ilə qədər Azərbaycandan qaz idxalını üç dəfə artıra bilər”

 

 “Serbiya 2037-ci ilə qədər Azərbaycandan qaz idxalını üç dəfə artıra bilər”.

APA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Xandanoviç bildirib.

Dubravka Cedoviç-Xandanoviç deyib ki, hazırda Serbiya Serbiya-Bolqarıstan interkonnektorunu tam gücü ilə işlətmək istəyir:

“Gələcəkdə zərurət yaranarsa, biz bu kəmərin gücünü 3,2 milyard kubmetrə qədər artıra bilərik. Bu halda həmin kəmər Serbiyanın qaza tələbatını tam təmin edəcək. Biz Azərbaycanla 2036-cı ilə qədər 400 milyon kubmetr qazın idxalı barədə müqavilə imzalamışıq. 2037-ci ildən etibarən bu tədarükün həcmi üç dəfə arta bilər. Serbiya-Bolqarıstan interkonnektorunun işə düşməsi Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm rol oynayır. Azərbaycandan əlavə qaz tədarükü sahəsində ölkəmizin digər hissəsinin qazlaşdırılmasını yaxşılaşdıra biləcəyik. Bu, enerji sahəsində strateji münasibətlərimizi daha da dərinləşdirəcək. Ölkələrimizin prezidentləri arasında olan yaxşı münasibətlər sayəsində Serbiya qaz tranziti ölkəsi kimi mövqeyini möhkəmləndirəcək”.