Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Əvvəlki illərdə qızılcadan ölüm sayı nə qədər olub? - STATİSTİKA
Son günlər qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır və onlar arasında ölüm halları da əvvəlki illərlə müqayisədə çoxalır. Həkimlərin sözlərinə görə, əvvəlki dövrlərdə qızılcaya qarşı peyvənd olmadığından ölüm sayı milyonu keçirdi. Yəni elmə məlum olan bu epidemiyanın peyvəndi olduğu üçün əslində qızılcaya ciddi müdaxiləyə ehtiyac yoxdur.
Araşdırmalarımız göstərir ki, ötən dövr ərzində valideynlər uşaqlarını peyvəndlənməyə cəlb etməkdə maraqlı olsalar da, son zamanlar bu hal dəyişib. Peyvəndlənmənin aktiv aparıldığı illərdə qızılcaya yoluxma səviyyəsi olduqca aşağı olub və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib.
Lakin son bir ildə vəziyyət tamamilə dəyişib, uşaqların vaksinasiyaya cəlb olunmasının səviyyəsi aşağı düşüb. Bu da özlüyündə qızılcaya yoluxanların sayına təsirini göstərir.
Maraqlıdır, əvvəlki illərdə qızılcaya yoluxma və ölüm sayı nə qədər olub?
Dövlət Statistika Komitəsindən Bizim.media-nıın sorğusuna cavab olaraq bildirilib ki, ötən il bu virusa ölkə ərazisində cəmi bir nəfər yoluxub:
“2020-cu ildə iki nəfər, 2019-cu ildə 337 nəfər, 2018-ci ildə 52 nəfər, 2014-cü ildə bir nəfər, 2013-cü ildə 102 nəfər, 2008-ci ildə 5 nəfər, 2005-ci ildə 1238 nəfər, 2000-ci ildə isə 212 nəfər qızılcaya yoluxub. 2007, 2009-2012, 2015-2017 və 2021-ci illərdə qızılcaya yoluxma halı qeydə alınmayıb”.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:
“Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Aprel ayından indiyədək ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb”.
Qızılcadan ölüm halına gəlincə, nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi bununla bağlı məlumat açıqlayıb. Hər iki qurumdan bu rəqəmlərin onlarda olmadığı bildirilib. Daha doğrusu məsələni bir-birilərinə ötürərək, əvvəlki illərdə qızılcadan ölənlərlə bağlı statistika təqdim etməyiblər.























































