“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Ərdoğanın müavini: “Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq”
“Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, İstanbuldan olan millət vəkili Zəfər Sırakaya Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada tayı-bərabəri yoxdur:
“Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına salamlarını gətirmişəm. Bu işbirliyi təkcə iki dövlət arasında olan münasibətlər deyil. Azərbaycan və Türkiyə münasibətlərinin dərinləşməsi bütün türk dünyasının münasibətlərinin daha da genişlənməsinə töhfə verir. Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dövlətinin və xalqının dəstəklərini yaxından hiss etdik. Qardaş köməyindən ötrü Azərbaycan xalqına təşəkkür edirik”.
Z.Sarıkaya Azərbaycanın qəhrəman ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfər münasibətilə təbriklərini çatdırıb.
“Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərində qazandığı qələbə ilə Azərbaycan bayrağı bütün Qarabağda və işğaldan azad olunmuş ərazilərdə dalğalanır. “İki dövlət, bir millət” şüarını daim yaşadacağıq. Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik”, - o vurğulayıb.























































