Xəbər Lenti
Bugün, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Bugün, 09:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
Dünən, 18:13
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
14-10-2026, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Qarabağ”la oyunda dubl edən yarımmüdafiəçi həftənin ən yaxşı futbolçusu adına namizəddir
UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
“Report” xəbər verir ki, bu ada İngiltərənin “Liverpul” klubundan Kodi Qakpo, Fransanın “Marsel” komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi “Frayburq”dan Mixael Qreqoritş və Norveçin “Molde” kollektivindən Kristian Eriksen iddia edirlər.
Yarımmüdafiəçi Eriksen məhz “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada iki qolla yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.























































