Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
AŞF-nin baş katibi: “Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”
“Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi İlahə Qədimova deyib.
O, Ayan Allahverdiyevanın qələbəsinə çox sevindiyini bildirib:
“Azərbaycan xalqını Ayan Allahverdiyevanın İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edirəm. Dünya çempionu olmaq böyük nailiyyətdir. Ayanın çemponluğuna şəxsən şahid oldum və buna çox sevindim. Onun oyununun keyfiyyəti çox yüksəkdir”.
“Çox sevinirəm ki, bu il qələbələrimiz çox olub. Yeniyetmə şahmatçılarımız Avropadan ölkəmizə neçə-neçə medal gətiriblər. Eləcə də qadın idmançılarımız beynəlxalq yarışlarda medallar qazandılar. Həmçinin digər şahmatçılarımız da dünya çempionatından medallarla qayıtdılar.
Ümid edirəm ki, şahmatçılarımız bizi gələcəkdə daha çox sevindirəcəklər”, - İlahə Qədimova əlavə edib.
Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.






















































