Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Azərbaycan millisinin sabiq futbolçusu: “Əcnəbi baş məşqçilərin nəticələrini görməmişik”
“İndiyədək yığmada əcnəbi baş məşqçilərin heç birinin nəticəsini görməmişik. Əksəriyyətinin müəyyən vaxtlarda qələbələri olub. Amma bu, nəticə demək deyil”.
Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Nadir Nəbiyev deyib.
43 yaşlı sabiq hücumçu yığmada yerli mütəxəssisin işləməsinin tərəfdarı olduğunu bildirib:
“Komandaya azərbaycanlı baş məşqçinin gətirilməsi daha yaxşı olar. Amma ona vaxt vermək lazımdır və planlı şəkildə iş görülməlidir”.
Nəbiyev italiyalı mütəxəssis Canni De Byazinin dönəmində də nəticə qazana bilmədiyimizi söyləyib:
“Düzünü desək, millimiz Belçikaya uduzduğu (0:5) matçdan əvvəlki üç qarşılaşmada yaxşı çıxış edib, göz oxşayıb. Mən hazırkı heyətin ən yaxşılardan biri olduğunu deyə bilməyəcəyəm. Sadəcə, nisbətən cavandırlar. Bu komanda ilə indikindən daha yaxşı uğurlara imza atmaq olardı”.
Hazırda “Turan Tovuz”un icraçı direktoru olan N.Nəbiyev yığmaya layiq gördüyü yerli baş məşqçilərin adlarını da açıqlayıb:
“Bu dəqiqə kimdən soruşsaq, hamı Qurban Qurbanovu deyəcək. Amma inanmıram ki, o, yenidən milliyə qayıtsın. Bəlkə də ola bilər. Samir Abasov, Rəşad Sadıqov, Ayxan Abbasov da ilk ağıla gələnlərdir. Ən azından yerli mütəxəssis gəlsə, hamımız ona dəstək olmalıyıq”.
O, Azərbaycanda ilk növbədə uşaq futboluna diqqət ayrılmalı olduğunu vurğulayıb:
“Meydanlar yaxşı vəziyyətdə deyil. Bizim vaxtımızda belə şeylər olmurdu. 13-14 yaşlı uşaqların dizlərində problemlər var. Hamısı süni örtüklə bağlıdır. 14 yaşında karyerasını bitirməyə məcbur qalan da var. Əslində, bu yaşda belə olmamalıdır. Uşaq futbolundakı şəraitə, meydanlara önəm vermək lazımdır. Süni örtüklərin böyük əksəriyyəti çox pis vəziyyətdədir. Məqsəd qoyulursa, planlı olmalıdır. Hər şeyə köklü formada nəzər yetirmək lazımdır”.
Qeyd edək ki, Nadir Nəbiyev 2002-2006-cı illərdə 27 dəfə Azərbaycan yığmasının formasını geyinib.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.