31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
HAVA XƏBƏRDARLIĞI: Güclü külək əsəcək - YENİLƏNİB
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında isə noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
15:07
Noyabrın 23-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar küləyinin axşam arabir güclənən xəzri küləyinə keçəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.























































