Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Ədliyyə sistemi günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır
22 noyabr-Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105-i idönümüdür.
Aərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına reallaşıb. Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Artıq 23 ildir ki, ədliyyə və məhkəmə orqanlarının peşə bayramları böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.
Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Bu bayram ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını 23 ildən sonra biz ədliyə işçiləri olaraq yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq. Böyük Vətən Müharibəsinin qalibi kimi, həm də peşə bayramımızı şanlı qələbə ilə möhtəşəm şəkildə qeyd edirik biz ədliyyəçilər. Bu gün ölkəmizdə ədliyyə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında böyük rol oynadı.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılır, ədliyyə orqanlarının fəaliyyəti genişləndirililir, bu sahədə yeni iş metodları, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilir, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər həyata keçirilir. Ədliyyə sistemi məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atılır. Ədliyyə orqanları qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyət göstərir, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycan bayrağının işğaldan azad olmuş Ağdərədə, Əsgəranda və eləcə də Xankəndidə ucaldılması həqiqətən də ədliyyə işçiləri olaraq hər birimiz üçün çox böyük, tarixi və mənəvi hadisədir. Bu, Azərbaycanın uzun illərdir ki, işğal altında qalan tarixi torpaqlarının nəhayət ki, azadlığa qovuşması, yenidən Azərbaycan dövlətinin nəzarəti altına keçməsi deməkdir. Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız bizim üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bu, həm də vətənimizin, dövlətimizin bütövləşməsi deməkdir. Ədliyyə işçiləri Vətən müharibəsinin ilk günündən dövlətimizlə, ordumuzla həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda informasiya savaşında mübarizə apararaq Azərbaycanın ədalətli mübarizəsinin, haqq işinin təbliğ olunmasında, xüsusilə mənfur düşmən Ermənistanın işğalçılıq siyasətinin, müharibə cinayətlərinin ifşa olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında yaxından iştirak edərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər. Azərbaycan Ordusu öz müzəffər yürüşü ilə qəhrəmanlıq salnaməmizdə yeni şanlı səhifələr yazdı. O səhifələr ki, baxdıqca baxmaq, oxuduqca oxumaq istəyirsən. Bu qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir. Ədliyyə işçisi olaraq mən də xalqımızı 22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı, münasibətilə təbrik edir, onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması işində müvəffəqiyyətlər, uğurlar arzulayıram. Vətən müharibəsində 100-dən çox ədliyyə və məhkəmə işçisi, o cümlədən könüllülər iştirak edərək fədakarlıq göstərdiklərinə görə ölkə Prezidenti tərəfindən çoxsaylı medallarla təltif olunublar. Bu il də ədliyyə işçiləri olaraq 22 noyabr peşə bayramımızı böyük ruh yüksəkliyi ilə qeyd edirik. Peşə bayramımızı böyük ruh yüksəkliyi ilə qeyd edən biz ədliyyə işçiləri ölkəmizin inkişafına uyğun olaraq öz vəzifəmizi hər zaman layiqincə yerinə yetirmək, bundan sonra daha məsuliyyətlə çalışmaq əzmindəyik. Ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində hər birimiz möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışırıq. Daha əzm və ədalətli çalışacağımıza inam hissi ilə bütün ədliyyə işçilərini qarşıdan gələn 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! Əminəm ki, biz ədliyyə işçiləri olaraq bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və bu sahədə əldə etdiyimiz nailiyyətlərlə Azərbaycan ədliyyəsinin 105 illiyinə böyük töhfələr verəcəyik.
Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi























































