Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Dodaq çeynəmə vərdişinin ölümcül təhlükəsi açıqlandı
“Dodaqların və yanaqların çeynənməsi ağız boşluğunun selikli qişasında bəzən uzun müddət sağalmayan zədələnməyə səbəb olur. Bura viruslar və bakteriyalar - yoluxucu xəstəliklərin patogenləri üçün giriş nöqtələri ola bilər”.
Bu barədə rusiyalı tibb elmləri namizədi, həkim, nevroloq Yekaterina Demyanovskaya xəbərdarlıq edib.
Həkim bildirib ki, dodaqların və yanaqların özündən asılı olmadan çeynənməsi patomimiyaya aiddir - insanın özünə zərər verdiyi obsesif pozğunluqdur.
“Patomimiyanın digər mümkün təzahürləri saçları qoparmaq, dərini cızma, çimdikləmə və sızanaqların sıxılmasıdır. İlk simptomlar hər yaşda görünə bilər, lakin daha çox 11-15 yaşlı yeniyetmələrdə olur”, - deyə o izah edib.
Ekspert bu davranışın səbəblərinin hələ tam öyrənilmədiyini vurğulayıb.
Həkim bununla belə, bu vərdişin təkcə infeksiyalarla bağlı problemlərə gətirmədiyini qeyd edib. Onun sözlərinə görə, selikli qişaların tez-tez və uzunmüddətli travması leykoplakiya, hətta xərçəng kimi xəstəliklərə səbəb ola bilər.
“Bu vərdişə laqeyd yanaşmaq olmaz, çünki nəticələri çox ciddi ola bilər. İlk növbədə stomatoloqla əlaqə saxlamaq olar: Bəlkə də yanaqları və dodaqları çeynəmə dişlərin quruluşu (düzgün çeynəməmə) və ya ağız boşluğunda xroniki infeksiyalarla əlaqəlidir. Diş baxımından hər şey qaydasındadırsa, nevroloq və ya psixiatrla məsləhətləşmək lazımdır. Həkim həmin şəxsin hər hansı nevroloji və ya psixi pozğunluğunun olub-olmadığını anlaya biləcək və müalicə planı hazırlayacaq”, - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Mənbə: Oxu.az






















































