Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Bugün, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

14 Noyabr 2023 07:06Manşet / Dünya

Şengen vizasına müraciətlə bağlı yeni qaydalar qəbul edilib

 

Avropa İttifaqı (Aİ) Şurası Şengen zonasına səyahət etməyi planlaşdıran insanlara viza üçün onlayn müraciət etməyə imkan verən yeni qaydaları qəbul edib.

Məlumata görə, yeni qaydalar səyahətçilər üçün müraciət prosesini sadələşdirəcək və eyni zamanda, daha tez və effektiv cavab verə biləcək milli administrasiyaların yükünü yüngülləşdirəcək.

Aİ onlayn viza müraciəti platforması yaradacaq. Bir neçə istisna olmaqla, Şengen vizası üçün müraciətlər həmin platforma vasitəsilə həyata keçiriləcək. Platformada viza ərizəçiləri bütün müvafiq məlumatları daxil edə, sənədlərin elektron surətlərini yükləyə və viza rüsumlarını ödəyə biləcəklər.

Bundan başqa, cari viza stikerini kriptoqrafik olaraq imzalanmış barkod əvəz edəcək.

Qeyd edək ki, yeni qaydaların tətbiqi tarixi viza platforması və rəqəmsal viza üzərində texniki işlər başa çatdıqdan sonra müəyyən ediləcək.

Mənbə: Oxu.az