Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 11:25

“Azeri Light” bahalaşdı

14 Noyabr 2023 06:52Manşet / Dünya

Norveçli deputat oğurluq və psixi sağlamlıqla bağlı problemlərini etiraf edib

 

Norveç parlamentinin deputatı və “Rodt” (“Qırmızı”) partiyasının keçmiş rəhbəri Börnar Moksnes Osloda ərzaq mağazasından beş oğurluq törətdiyini etiraf edib. Maraqlıdır ki, bunlar deputatın ilk oğurluğu deyil, daha əvvəl də o, mağazalardan oğurluq edib.

Norveç mətbuatına müsahibəsində Moksnes yeni beş oğurluq hadisəsi ilə əlaqədar olaraq polisə cərimə ödəməyə razı olduğunu, həmçinin jurnalistlərə özünün psixi sağlamlıq problemlərinin olduğunu etiraf etdiyini bildirib.

“Həyatımda özümü məhv edən hərəkətlər etdiyim çətin illərim olub. Bu barədə ictimaiyyətə danışmaq çətindir, amma indi bunu edirəm”, - deyə siyasətçi bildirib.

2023-cü ilin yayında Moksnesin Oslo hava limanında bir mağazadan bir cüt günəş eynəyi oğurladığı üzə çıxıb. O zaman oğurluq Norveç mətbuatının böyük diqqətini çəkib. Bu hadisədən sonra Moksnes xəstəlik məzuniyyətinə çıxıb və partiya lideri vəzifəsindən istefa verib.

Mənbə: Oxu.Az