Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 11:25

“Azeri Light” bahalaşdı

10 Noyabr 2023 09:50Manşet / Dünya

Çukotkada göyərtəsində üç nəfərin olduğu “An-2” təyyarəsi yoxa çıxıb

 

Çukotkada (Rusiya) göyərtəsində üç nəfərin olduğu Pevek-Polyarnıy reysini yerinə yetirən “An-2” təyyarəsi yoxa çıxıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsindən məlumat verilib.

“Moskva vaxtı ilə saat 05:30-da (Bakı vaxtı ilə 06:30 ) Maqadan Regional Planlaşdırma Mərkəzinin növbətçisinə məlumat daxil olub ki, saat 01:40-da (Bakı vaxtı ilə 02:40) “Strij Avia” aviaşirkətinə məxsus “An-2” təyyarəsi Pevek-Polyarnıy-Pevek marşrutu üzrə uçub və eniş edəcək vaxtda əlaqə saxlamayıb. Hazırda gəminin son koordinatları məlumdur. Təyyarədə iki ekipaj üzvü və bir sərnişin olmaqla üç nəfər var”, - deyə departamentdən bildirilib.

Marşrutun yoxlanılması üçün Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsinin qeyd etdiyi kimi, Moskva vaxtı ilə saat 05:30-da xilasedicilər “Mi-8” helikopteri ilə havaya qalxıblar. Bir saat sonra xizəkli-tırtıllı avtomobil itən təyyarəni axtarmaq üçün yola düşüb.

Bildirilir ki, təyyarənin son koordinatları məlumdur.

Mənbə: Oxu.az