“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
Zəfər Günündə Bakıda yürüş olacaq, bəzi yollar müvəqqəti bağlanacaq - SİYAHI
Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli məlumat verib. O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub:
“Birinci marşrut Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metro stansiyası, Qala Qapısı, Azərbaycan Dövlət Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gurun heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq”.
A.Əsgərli vurğulayıb ki, sözügedən küçə və prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü müddətində yollar bağlı olacaq:
“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə qalib ordumuzun orkestrlə nümunəvi yürüşünə dəstək olmalarını, yəni tədbirin yüksək səviyyədə təhlükəsiz şəraitdə keçirilməsi üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik”.























































