Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
Yer kürəsini ekstremal qasırğalar gözləyir
Alimlərin fikrincə, Meksikanın Sakit okean sahillərini vuran və Akapulko şəhərini dağıdan, Qərb yarımkürəsinin ən güclü tropik siklonu sayılan “Otis” qasırğası yaxın gələcəkdə Yer kürəsini gözləyən fəlakətlərin xəbərçisi ola bilər.
Tədqiqatçılar deyirlər ki, “Otis” bir neçə saat ərzində adi fırtınadan 5-ci kateqoriyaya, ən dağıdıcı qasırğaya çevrilərək bütün intensivləşmə rekordlarını qırıb.
Bu fakt alimləri belə qənaətə gətirib ki, qlobal iqlim dəyişikliyi təbii fəlakətlərin inkişafına çox mənfi təsir göstərir və onların proqnozlaşdırılmasını çətinləşdirir.
Təbii fəlakətlərin tədqiqi üzrə ixtisaslaşmış Şərqi London Universitetinin əməkdaşı Ravindra Cayaratne əmindir ki, fırtına və qasırğaların inkişafını proqnozlaşdırmaq mümkündür, lakin dəyişən iqlimi nəzərə almaq üçün kompüter modellərini yenidən qurmaq lazımdır.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, bəşəriyyət təbii fəlakətlərin getdikcə daha çox inkişafına hazır olmalıdır.
Mənbə: Oxu.az























































