İş adamı Cəbrayıl Cəbrayılov: “Heydər Əliyev yolu Azərbaycanın inkişaf və qalibiyyət yoludur!”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Heydər Əliyev və çağdaş Azərbaycan təhsili”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Heydər Əliyev və Azərbaycan qadını – Qürur və inamın təcəssümü”
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Polis general-mayoru Teymur Hacıyev: “Heydər Əliyev və Azərbaycan polisi”
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov: “Ulu Öndər Heydər Əliyev – çağdaş səhiyyəmizin banisi”
TƏKZİB: “Gözəllik Qurban tələb edir” yazısında yer alan qeyri-dəqiqliklərlə bağlı redaksiyamızın mövqeyi.
DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
Turan-Türk Dövlətləri Vetetanlar Birliyi yaradıldı
Qazaxstan Respublikasının Almatı şəhərində Türkiyə, Azərbaycan və Qazaxstan veteranlarının Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaradılması barədə 1-ci Beynəlxalq Forum keçirildi. Möhtəşəm qardaşlıq və birlik şüarı altında keçirilən tədbirdə Türkiyənin Almatı şəhərindəki Konsulunun müavini Evren Müderrisoğlu, Azərbaycanın Almatı şəhərindəki Konsulu Anar Hüseynzadə,
Türkiyə Muharib Qaziləri Dərnəyinin Başqanı Beyazit Yumuk, Türkiyə Harb Malulu Qazi, Şəhid ailələrinin və Yetimlər Dərnəyi Başqanı Mystafa Işıq, Qazaxstan Respublikası Veteranlar Birliyinin Sədri Murad Myxamedjanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, Qazaxstan Respublikasında Azərbaycan Diasporunun Assambleyası sədr müavini Allahverdi Məmmədov, Azərbaycan Diasporunun Almatı şəhəri üzrə sədri Qəhrəman Sadıyev,
Qazaxstan Respublikasının "Generallar Şurası"-nın Sədri general-mayor Tulegenov Mahmud Ötegenoğlu, Azərbaycan Milli Akademiyasının elmi işçisi, dosent Faiq Ələkbərov, Jurnalist Həcər Abbaslı, İş adamı Tanrıverdi Hacıyev, Almatı şəhərində yaşayan Türkiyə, Azərbaycan ictimai fəalları, iş adamları, Qazaxstanın müxtəlif vilayətlərindən gələn Veteranlar iştirak etdilər. Tədbirdə Anar Hüseynzadə, Mahmyd Tulegenov, Elmar Hüseynov, Murad Muhammedjanov, Qəhrəman Sadıyev, Aliyə Muhamedjanova çıxış etdilər. Onlar Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaranmasını alqışladılar. Gələcəkdə bu Birliyə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin də daxil olmasını arzuladılar. Qazaxstan və Azərbaycan veteranları arasında ikitərəfli Beynəlxalq müqavilə imzalandı.
Fərid Səfərov
AJB-nin üzvü