Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

01 Noyabr 2023 07:33Manşet / Gündəm / Dünya

BMT Baş katibi jurnalistlərin qorunması ilə bağlı çağırış edib

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş jurnalistlərin qorunması ilə bağlı çağırış edib.

Bu barədə BMT Baş katibinin “X” hesabında paylaşım edilib.

BMT Baş katibi bildirib ki, ötən il ən azı 88 jurnalist öz işini yerinə yetirdiyinə görə öldürülüb.
O, hazırda Qəzzadakı müharibənin jurnalistlərə ağır zərbə vurduğunu deyib.

“Yaxın Şərqdəki hazırkı münaqişə jurnalistlərə ağır zərbə vurur.

Bizi məlumatlandıran jurnalistləri müdafiə etmək üçün daha yaxşı təminatlara ehtiyacımız var”, - deyə baş katib bildirib.

Xatırladaq ki, İsrail və HAMAS arasında gedən müharibə və Qəzzanın İsrail hava qüvvələri tərəfindən bombardman edilməsi nəticəsində indiyədək orada ölən jurnalistlərin sayı 30-u keçib.

 

Bizimlə əlaqə saxlayın